Bu il 608 mln. dollarlıq məhsul MDB ölkələrinə ixrac edilib

16.07.2019,12:26


16 iyul, Fineko/abc.az. Cari ilin yanvar-iyun aylarında Azərbaycandan MDB ölkələrinə 608 milyon 662 min dollar dəyərində məhsul ixrac edilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir.

Qeyd olunur ki, bu, ötən ilin eyni dövründəki göstəriciyə nisbətən 60 milyon 694 min dollar çoxdur. Son altı ayda Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 1 milyard 518 milyon 421 min dollar olub.