AMB valyuta hərracı keçirib

12:37 - 16.07.2019


16 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti valyuta hərracı keçirib.

“İyulun 16-da Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirmişdir.  Valyuta hərracı nəticəsində ortaçəkili məzənnə 1,7000 AZN/1 USD təşkil etmişdir”, - AMB-dan verilən  məlumatda belə deyilir.

İyulun 11-də keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin  1,7000 AZN/1 USD təşkil etmişdir.

 

Вся лента