“PAŞA Bank”-ın gəlirləri artıb

15:12 - 16.07.2019


16 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında “PAŞA Bank”ın gəlirləri 121,605 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 29,5% çox), xərcləri 62,432 milyon manat (10,2% çox) təşkil edib.

Bu barədə bankın açıqladığı maliyyə hesabatında vurğulanıb.

Hesabatda qeyd olunur ki, sözügedən dövrdə bankın xüsusi ehtiyatlara ayırmaları 7,806 milyon manat (44,6% az), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 335 min manat (1 il bundan əvvəl vergi ödəyib) olub. Son nəticədə Bank I yarımili 51,703 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 1 il əvvəllə müqayisədə 2,3 dəfə çoxdur.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 333 mln. manatdır. Bankın səhmlərinin 60%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 30%-i "Ador" MMC-yə, 10%-i isə Arif Paşayevə məxsusdur.

Вся лента