Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatına noyabr ayı üzrə gündəlik neft hasilatına dair məlumatları təqdim edib

13:49 - 6.12.2017


6 dekabr, Fineko/abc.az. Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq informasiya  təqdim edib.

Energetika Nazirliyinin məlumatında deyildiyi kimi, cari ilin noyabr  ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 790,7 min barrel olub.

"Cari ilin noyabr  ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 790,7 min barrel olub. Bunun 735,8 min barrelini xam neft, 54,9 min barrelini kondensat təşkil edib", - məlumatda belə deyilir.

Energetika Nazirliyinin məlumatına əsasən,  cari ilin noyabr ayında gündəlik 643,4 min barrel xam neft, 54,9 min barrel kondensat,  15 min barrel isə neft məhsulları ixrac edilib. 

Razılaşmalara əsasən, Azərbaycan  neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi  növbəti dəfə də tam yerinə yetirib.

Azərbaycanda 2017-ci ilin yanvar ayında  gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda 793,7 min barrel, iyulda 796,7 min barrel, avqustda  734,8 min barrel , sentyabrda  785,7 min barrel, oktyabrda isə 800,6 min barrel olub.

Qeyd olunduğu kimi, dekabrın 10-da isə Vyanada OPEC-n nazirlər iclası keçirilib. Görüşdə ölkələr neft hasilatının həcminin azaldılması haqqında  saziş imzalayıb. OPEC ölkələri üçün hasilatın azaldılması sutkada 1,2 milyon barel təşkil edir ki, bu da sutkada 32,5 milyon barelə bərabərdir.  OPEC qeyri-üzvləri, nef hasilatının həcmini sutkada 558 min barelə qədər azaldırlar. Saziş 2017-ci ilin 1-ci yarısına bağlanmışdır və müddətlərinin uzadılması imkanını nəzərdə tuturdu.

25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.

 

 

Вся лента