Saatlı Rayon İcra Hakimiyyəti təkliflər sorğusu keçirir

16:19 - 16.07.2019


16 iyul, Fineko/abc.az. Saatlı Rayon İcra Hakimiyyəti Başçısının Saatlı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi xüsusi geyimlərin satın alınması üçün təkliflər sorğusu elan edir.

Elanda qeyd olunur ki,təkliflər 29 iyul 2019-cu il saat 17.00-dək qəbul olunur.

Təklif zərfləri 30 iyul 2019-cu il saat 12.00-da açılacaqdır.

Əlaqələndirici şəxs – Mətləb ¬Hüseynov, ¬telefon – 02128-5-34-06.

Ünvan-Saatlı şəhəri, Qara Qarayev küçəsi 5.

 

Вся лента