Azərbaycan Aİ ölkələrinə 5 milyard dollarlıq məhsul ixrac edib

17:10 - 16.07.2019


16 iyul, Fineko/abc.az. Cari ilin yanvar-iyun aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 5 milyard 319 milyon 766 min dollar dəyərində məhsul ixrac olunub.

Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir. 

Bildirilir ki, bu göstərici 2018-ci ilin müvafiq dövrünə nisbətən 1 milyard 170 milyon 909 min dollar çoxdur. Son altı ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 1 milyard 162 milyon 292 min dollar olub.

 

Вся лента