330x110
 

“Naxçlvanbank” 41 min manat mənfəət vergisi ödəyib

17.07.2019,09:51


17 iyul, Fineko/abc.az. “Naxçıvanbank” ASC 2019-cu ilin 1-ci yarısını 2 milyon 223 min manat xalis mənfəətlə başa vurub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 103 min manat və ya 4,4% azdır.

Bu barədə məlumatı bankın açıqladığı rüblük maliyyə hesabatında qeyd olunub.

Hesabata əsasən, 2019-cu ilin yanvar-iyun dövründə “Naxçıvanbank”ın cəmi gəlirləri 4 milyon 964 min manat, cəmi xərcləri 2 milyon 138 min manat, əməliyyat mənfəəti 2 milyon 826 min manat təşkil edib. Bank əməliyyat mənfəətinin 602 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb və 41 min manat mənfəət vergisi ödəyib.