Arıçılara 4,2 milyon manatdan çox subsidiya veriləcək

17.07.2019,11:08


17 iyul, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə iclas keçirilib.

Nazirlikdən verilən məlumata görə, iclasda 60 rayon komissiyasından daxil olmuş müraciətlərə baxılıb. Respublika Komissiyası tərəfindən 1927 inzibati ərazi vahidi üzrə cari ildə arıçılıqla məşğul olan 19 min 807 fiziki və hüquqi şəxsə sahib olduqları 426 min 533 arı ailəsinə (pətəyə) görə 4 milyon 265 min 330 manat subsidiya ödənilməsi qərara alınıb.

İclasda müraciətlər və müvafiq sənədlərin Maliyyə Nazirliyinə göndərilməsi barədə qərar qəbul edilib.