“İpək Yolu Sığorta” şirkətinin aktivləri artıb

17.07.2019,12:25


17 iyul, Fineko/abc.az. “İpək Yolu Sığorta” şirkəti maliyyə hesabatını açıqlayıb. Məlum olub ki, şirkətin bu il iyulun 1-nə aktivləri 39 milyon 2 min manat olub. Bu isə illik müqayisədə 24,5% çoxdur.

Son 1 ildə şirkətin öhdəlikləri 64,5% artaraq 15 milyon 615 min manata çatıb. Bununla yanaşı şirkətin balans kapitalı 7,1% artaraq 23 milyon 387 min manat təşkil edib.