330x110
 

“Azərbaycan Sənaye Bankı”-nın mənfəəti artıb

17.07.2019,15:00


17 iyul, Fineko/abc.az. “Azərbaycan Sənaye Bankı” ASC 2019-cu ilin 1-ci yarısını 5 milyon 152 min manat xalis mənfəət ilə başa vurub.

Bu barədə bankın açıqladığı rüblük hesabatda məlumat verilib.

Hesabata əsasən, ötən ilin 1-ci yarısı ilə müqayisədə Bankın xalis mənfəəti 2,2 dəfə artıb. Belə ki, 2018-ci ilin 1-ci yarısını “Azərbaycan Sənaye Bankı” 2 milyon 332 min manat xalis mənfəət ilə başa vurmuşdu.