Cari ildə dövlət büdcəsinin gəlirləri 10 milyard manatdan çox olub

17:20 - 17.07.2019


17 iyul, Fineko/abc.az. Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 10 milyard 405,5 milyon manat, xərcləri isə 10 milyard 951 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verir.

Bildirilir ki, büdcənin icrasında 545,5 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,4 %-i qədər kəsir yaranıb.

 

Вся лента