Mərkəzi Bankın valyuta ehtiyatları noyabrda 53,5 milyon dollara qədər artdı

16:28 - 6.12.2017


6 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı, Bankın valyuta ehtiyatlarının yanvar-oktyabr aylarında olduğu kimi, noyabr ayında da artmağa davam etdiyini bildirib.

AMB-nın məlumatında deyildiyi kimi, 1 dekabr  tarixi üzrə  bankın valyuta ehtiyatlarının həcmi  5200,7 milyon dollar təşkil etmişdir. Noyabr ayının 1-də isə bu göstərici 5254,2 milyon dollar səviyyəsində olub.

1 yanvar 2016-cı il tarixində valyuta ehtiyatları 5016,7 milyon dollar təşkil etmişdir. Müqayisə üçün qeyd edək ki, AMB-nın valyuta ehtiyatları 1 avqust 2014-cü il tarixində 15193,4 milyon dollara çatmışdır (mütləq rekord).

2017-ci ilin noyabr ayında AMB-nın valyuta ehtiyatları artaraq 53,5 milyon dollar və ya 1% təşkil etmişdir.

2016-cı ilin sonunda AMB-nın valyuta ehtiyatları 3974,4 milyon dollar təşkil etmişdir. Cari il ərzində AMB-nın ehtiyatları hələ ki  1279,8 milyon dollar həcmində artıb.  1 avqust 2014-cü il tarixindən 1 noyabr 2017-ci il tarixinə qədər AMB-nın  valyuta ehtiyatları 9939,2 milyon dollara qədər azalıb.

 

Вся лента