330x110
 

Ölkədə hazır metal məmulatlarının istehsalında artım olub

18.07.2019,11:38


18 iyul, Fineko/abc.az. Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində cari ilin yanvar-iyun aylarında 357,1 milyon manatlıq məhsul istehsal olunub, hazır metal məmulatlarının istehsalı sahəsində 47,1 % artım, metallurgiya sənayesində 18,2 % azalma müşahidə edilib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verir.

Bildirilir ki, hesabat dövründə sahə üzrə 13 min 767,5 ton (4,1 dəfə çox) qara metallardan digər konstruksiyalar, 20,1 min ton (2,6 % çox) emal edilməmiş alüminium ərintiləri istehsal olunub.