Bu il istehsal edilən tikinti materiallarının dəyəri 399 milyon manat olub

12:09 - 18.07.2019


18 iyul, Fineko/abc.az. Cari ilin yanvar-iyun aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 8,9 % artaraq 399,5 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Bildirilir ki, tikinti kərpicinin istehsalı 62,2 %, tikinti əhənginin istehsalı 50,1 %, hörmə üçün hazır beton qarışığının istehsalı 20,5 % artıb.

Həmçinin qeyd olunur ki, sementin istehsalı 5,2 %, betondan yığma tikinti konstruksiyalarının istehsalı 45,6 %, tikinti gipsinin istehsalı isə 81,7 % azalıb.

 

Вся лента