Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə rüblük hesabat formaları dəyişdirilib

10:42 - 19.07.2019


19 iyul, Fineko/abc.az. Vergilər Nazirliyi “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat” və “İşsizlik sığortası üzrə rüblük hesabat” formalarını, eləcə də həmin hesabat formalarının tərtib olunması qaydalarını yeni redaksiyada təsdiq edib.

Bildirilir ki, Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində müvafiq dəyişikliklər ediləcək və yeni hesabat formaları 2019-cu il oktyabrın 1-dən qüvvəyə minəcək.

Qeyd olunur ki, dəyişikliklərdə məqsəd vergiödəyiciləri tərəfindən təqdim edilən “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ın və “İşsizlik sığortası üzrə rüblük hesabat”ın daha da asanlaşdırılmasıdır.

Dəyişiklik çərçivəsində məcburi dövlət sosial sığorta sığorta məqsədləri üçün fəaliyyət növlərinin 0100, 0102, 0103, 0110, 0111 kodları birləşdirilərək 0112 kodu ilə, 8102, 8103, 8111 kodları birləşdirilərək 8105 kodu ilə, işsizlikdən sığorta məqsədləri üçün fəaliyyət növlərinin 1000, 1001 kodları birləşdirilərək 1100 kodu ilə əvəz edilib.

Xüsusi statusa malik təşkilatlar üzrə isə işsizlikdən sığorta məqsədləri üçün fəaliyyət növünə 1200 kodu əlavə olunub.

Вся лента