Banklardakı əmanətlərinin milli valyuta məbləği 8 milyard manat təşkil edib

19.07.2019,13:02


19 iyul, Fineko/abc.az. Iyunun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 % artaraq 8 milyard 622,9 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əmanətlərin 57,4 % xarici, 42,6 % isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 25,8 % artıb, xarici valyutada əmanətlər isə təqribən eyni səviyyədə qalıb.

İyunda milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avro 1,92 (1,92) manata, 100 rus rublu 2,65 (2,61) manata bərabər olub.