“Antaris” “BakuBus” üçün xüsusi yay geyimlərinin tədarükü üzrə müqavilə əldə etdi

19.07.2019,14:14


19 iyul, Fineko/abc.az. "Antaris" MMC "BakuBus" MMC-nin əməkdaşları üçün xüsusi yay geyim formalarının tədarükü üçün müqavilə əldə edib.

Antaris müqavilə çərçivəsində BakuBus-ın inzibati, texniki və təsərrüfat işçiləri üçün xüsusi yay geyim formasını tədarük edəcək. Müqavilənin dəyəri 4 669,956 min manat təşkil edir.