“Rabitəbank”-ın gəlirləri artıb

10:37 - 22.07.2019


22 iyul, Fineko/abc.az. “Rabitəbank” ASC 2019-cu ilin 1-ci yarısını 4 milyon 835 min manat vergidən əvvəl mənfəət ilə başa vurub. Bu barədə məlumat bankın açıqladığı rüblük hesabatda qeyd olunub. 2018-ci ilin eyni dövrü ilə müqayisədə Bankın vergidən əvvəl mənfəəti 15,5 dəfə artıb.

Qeyd edək ki, “Rabitəbank” 2018-ci ilin 1-ci yarısını 311 min manat mənfəət ilə bağlamışdı.

Ötən ilin ilk 6 ayında faiz gəlirləri 17 milyon 483 min manat ikən, cari ilin ilk 6 ayında 18 milyon 256 min manat təşkil edib (4,4% çox).  “Rabitəbank”ın qeyri-faiz gəlirləri isə 4,9% artımla 4 milyon 682 min manat təşkil edib.

Вся лента