Neftin bahalaşır, “Azeri Light” 0,67% bahalaşıb

11:29 - 22.07.2019


22 iyul, Fineko/abc.az. Azərbaycanın “Azeri LT CIF” markalı nefti 0,43 (0,67%) artıb və bir barelə 64,14 dollar təşkil edib.

İyulun 19-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in sentyabr fyuçersi 0,54 dollar (0,87%) artdı və bir barelə 62,47 dollar təşkil etmişdir.

Bazar ertəsi günü “Brent” neftinin sentyabr fyuçersi saat 9:20-də 0,87 dollar (1,39%) bahalaşaraq 63,34 dollar /barelə təşkil edib.

NYMEX birjasında iyulun 19-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin avqust fyuçersi 0,33 dollar (0,6%) artaraq bir barelə $55,63 təşkil etmişdir. 

 “WTI” markalı neftin avqust fyuçersi bazar ertəsi günü saat 9:20-də 0,43 dollar (0,77%) yüksələrək 56,06 dollar / barelə təşkil etmişdir.

 

 

Вся лента