“Azəriqaz”: Abonentlərə yeni smart kartlar təqdim olunub

15:56 - 22.07.2019


22 iyul, Fineko/abc.az Ötən şənbə və bazar günləri “Azəriqaz” İstehsalat Birliyi saat 09:00-dan 18:00-dək gücləndirilmiş rejimdə çalışıb.

bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Qeyd edilir ki, birliyin inzibati binasında, Babək prospektində yerləşən Bakı Regional Qaz Satışı Departamentində və Mərdəkan, Maştağa və Xırdalan xidmət sahələrində gün ərzində xidmət göstərilib.

Kütləvi şəkildə həyata keçirilən sayğac dəyişikliyi ilə bağlı abonentlərə yeni smart kartlar təqdim edilib.

 

Вся лента