“Azərsu” ASC kotirovka sorğusu elan edir

16:44 - 22.07.2019


22 iyul, Fineko/abc.az. “Azərsu” ASC daxili vəsaiti hesabına Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksində avadanlıqların soyutma sistemi üçün mühərrik və kompressorların satınalınması məqsədilə kotirovka sorğusu elan edir.

Elanda qeyd olunur ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 24 iyul 2019-cu il saat 15.00-dək təqdim etməlidirlər.

Əlaqələndirici şəxs- şöbə rəisi Murad Abışev, telefon- 431 47 67/1087 və Tural Rzayev 431 47 67/2266

Ünvan: Bakı, Moskva prospekti 67

Вся лента