İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirildi

16:49 - 22.07.2019


22 iyul, Fineko/abc.az. Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət  Fondu ASC – nin AZ2037008680 ISIN-li, 20 mln manat həcmində, 23 il tədavül müddətli ipoteka  istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Bu barədə BFB məlumat verir.

Bildirilir ki, sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 000 000,00  manat olmuşdur.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 000 000,00  manat təşkil etmişdir.

Qeyd olunur ki, istiqrazların   ödəmə tarixi 23 mart  2042-ci ildir.

Вся лента