“Fitch Ratings” Azərbaycanın bank sektorunu qiymətləndirib

11:23 - 23.07.2019


23 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorundakı vəziyyətlə bağlı açıqlama yayıb.

Qurum açıqlamda qeyd edir ki, Azərbaycanın bank sektorunun restrukturlaşdırıldığını, özəl sektorun kreditləşdirilmə səviyyəsinin artdığını və kapitallaşma göstəricilərinin yaxşılaşdığını qeyd edib.

“Fitch Ratings” hesab edir ki, sektorun restrukturizasiyası prosesi gedir və özəl sektorun kreditləşdirilməsi üzrə artım bərpa olunaraq 2018-ci ildə 14,9%-ə çatıb. Cari ilin may ayında kapitallaşma 24,3%-dək (2018-ci ilin sonuna 19,4%) artıb.

“Fitch”in qiymətləndirmələrinə görə, 2018-ci ilin sonuna bank sektoru üzrə xalis açıq valyuta mövqeyi 1,1 mlrd. dollar (ÜDM-nin 2,3%-i) təşkil edib ki, bu da dövlət üçün əlavə xərclərin yaranmasına səbəb ola bilər.

Вся лента