Sahil Babayev Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasına rəhbər təyin edildi

09:29 - 24.07.2019


24 iyul, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan birgə hökumətlərarası komissiyanın yeni tərkibini təsdiq edib.

Prezidentin sərəncamında deyildiyi kimi, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev komissiyanın Azərbaycan tərəfindən həmsədri təyin edilib.

Komissiyanın tərkibinə Xarici Işlər, Iqtisadiyyat, Energetika, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət, Təhsil və Səhiyyə nazirlərinin müavinləri, həmçinin turizm üzrə Dövlət Agentliyinin sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və Mərkəzi Bankın sədr müavinləri, həmçinin Azərbaycanın Macarıstandakı səfiri də daxil edilib.

 

Вся лента