Ödəniş kartları sahəsində yeniliklər gözlənilir

11:35 - 25.07.2019


25 iyul, Fineko/abc.az.  Maliyyə Bazarlarına Nəzarət Palatası ilə “Visa Inc.” beynəlxalq kart təşkilatının Qafqaz, Müstəqil Dövlətlər Birliyi və Cənub-Şərq Avropa regionu üzrə baş meneceri Kristina Dorosun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə “Visa Inc.” beynəlxalq kart təşkilatı tərəfindən təqdim edilən yeni məhsul və xidmətlər, ödəniş kartları bazarında innovativ texnologiyaların tətbiqi, ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində birgə həyata keçiriləcək layihələr ətrafında müzakirələr aparılıb.

Palata ilə “Visa Inc.” beynəlxalq kart təşkilatı arasında əməkdaşlıq münasibətlərinin gələcək inkişaf perspektivlərinin müzakirə olunduğu bu görüşdə tərəfləri maraqlandıran məqamlara, o cümlədən ödəniş kartları sahəsində qanunvericilik bazasında aparılacaq dəyişikliklərə, ödəniş kartı sahiblərinin əldə edəcəyi üstünlüklərə, elektron ödənişlərin stimullaşdırılması üzrə birgə layihələrin keçirilməsinə toxunulub.

Вся лента