Gəncə-Qazax iqtisadi rayonunda sahibkarlara güzəştli kredit verilib

10:26 - 26.07.2019


26 iyul, Fineko/abc.az. İyulun 25-də İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə Şəmkirdə sahibkarlarla işgüzar forum keçirilib.

Forumda Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 24 sahibkara Sahibkarlığın İnkişafı Fondu tərəfindən 831 min manat güzəştli kredit verilib.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, kreditlər heyvandarlıq, əkinçilik, çörək istehsalı, taxıl tədarükü və un istehsalı sahələrinin inkişafına yönəldiləcək.

Forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bu ilin ötən dövründə 592 sahibkarın ümumi dəyəri 197,6 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 55 milyon manat güzəştli kredit verildiyini, bu investisiya layihələrinin reallaşdırılmasının 2200-dən çox yeni iş yerinin yaradılmasına imkan yaratdığını bildirib.

Ümumilikdə, forumda verilən kreditlər də daxil olmaqla indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7000-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 276,9 milyon manat güzəştli kredit verilib.

 

Вся лента