"Expressbank"-da əhalinin əmanətləri artıb

11:53 - 26.07.2019


26 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "Expressbank" ASC 2019-cu ilin 1-ci yarısı (yanvar-iyun dövrünü) üçün göstəricilərini açıqlayıb.

Məlum olub ki, 30 İyun 2018-ci il tarixi ilə müqayisədə "Expressbank"ın cəmi aktivləri azalsa da müştərilərə verilən kreditlər artıb.

Hesabata əsasən Bankın aktivləri 20,7% azalaraq 348 milyon 662 min manata düşüb. Bankın aktivlərinin kiçilməsi əsasən müştəri depozitlərinin azalması ilə bağlı olaraq nağd pulun azalması ilə bağlıdır. Müştərilərə verilən kreditlər təxminən 40 milyon manat və ya 19,5% artaraq 30 İyun 2019-cu il tarixində 245 milyon 354 min manata çatıb.

Ötən ilin 1-ci yarısının sonu ilə müqayisədə "Expressbank"da müştəri depozitləri 31% azalaraq 180 milyon 366 min manata düşüb. Müştəri depozitlərinin azalması əsasən hüquqi və fiziki şəxslərin hesablarındakı vəsaitin azalması ilə bağlıdır. "Expressbank" hesabatında qeyd edib ki, cari ilin əvvəlindən əhalinin əmanətləri 15% və ya 18.3 milyon manat artıb.

Вся лента