Növbəti valyuta hərracı ərəfəsində banklararası ticarətdə dollar ucuzlaşıb

16:47 - 7.12.2017


7 dekabr, Fineko/abc.az. Növbəti valyuta hərracı ərəfəsində banklararası ticarətdə dollar ucuzlaşıb.

Bu gün  “Bloomberg” terminalında, banklararası ticarətdə dollar 0,09 faiz ucuzlaşıb və 1,6978 AZN səviyyəsində təsbit edilib.

Qeyd edək ki, dünənki  birjada dolların  ticarəti 1,6994 manat səviyyəsində olub, bu gün isə hərrac eyni məzənnədən başlayıb.

Azərbaycan Respublikasının Mərkəzi Bankının məlumatına əsasən, dolların rəsmi məzənnəsi bu gün 1,7000 AZN təşkil edir.

 

Вся лента