VTB (Azərbaycan) müştərilərinə səyahət qazanmaq şansı verir

15:41 - 30.07.2019


30 iyul, Fineko/abc.az.   VTB (Azərbaycan) Mastercardödənişsisteminin kart istifadəçiləriüçünaksiyaya start verir. Aksiyanın şərtlərinə əsasən VTB (Azərbaycan) kartı vasitəsilə 20 manat məbləğindən başlayaraq ən azı 3 nağdsız ödəniş həyata keçirən müştərilər qiymətli hədiyyələr qazana bilər. Belə ki, daha çox ödəniş edən üç müştəri qalib olacaq və müvafiq olaraq Bakı-Moskva-Bakı (və ya Bakı-Sankt-Peterburq-Bakı) istiqamətində aviabilet, restoranda şam yeməyi, eləcə də onlayn-hüquqşünas (və ya bankın 125 manatadək olan istənilən xidməti) xidmətinə illik abunəlilik kimi hədiyyələr əldə edəcək.

Nağdsız əməliyyatları həm Azərbaycan ərazisində, həm xaricdə, ticarət nöqtələrində və elektron kommersiya vasitəsi ilə həyata keçirmək mümkündür. Nağd vəsaitin çıxarılması, istənilən növ kart köçürmələri, kreditlərin ödənişi üzrə əməliyyatlar və qaytarma əməliyyatları hesablanmada nəzərə alınmayacaq.

Aksiya 18 sentyabr 2019-cu il tarixinədək etibarlıdır. Qalib aksiya başa çatdıqdan sonra 10 iş günü ərzində müəyyənləşəcək.

 

Вся лента