VTB (Azərbaycan) bankomat şəbəkəsini genişləndirib

12:14 - 26.09.2017


VTB (Azərbaycan) paytaxtın müxtəlif yerlərində yeni bankomatlar quraşdıraraq bankın ATM şəbəkəsini genişləndirib.

Bank tərəfindən filial şəbəkəsindən kənarda, Bakının aşağıda qeyd olunan sıx nöqtələrində beş yeni bankomat quraşdırılıb:

•             Mərdanov qardaşları küçəsi, “Xəqani” bağı (keçmiş Molokan bağı) ilə üzbəüz;

•             Bül-Bül prospekti 26;

•             Həsən Əliyev küç. 1 ünvanında yerləşən «Mega Store» supermarketində;

•             Gənclik küç. 27 (Bakıxanov qəsəbəsi) ünvanlarında yerləşən «Mega Store» supermarketində;

•             Z.Bunyadov pr. 77E (Dərnəgül şossesi) ünvanındakı «Seramik Plaza» mağazasında.

Beləliklə, VTB (Azərbaycan)-ın hazırda 16 bankomatı müştərilərə xidmət göstərir. 24/7 prinsipi ilə fasiləsiz çalışan bankomatlarda müştərilər nağldaşdırma, hesabdan çıxarışın alınması, 3D Secure xidməti üçün PİN-kodun alınması, kartdan karta pul vəsaitlərinin köçürülməsi (Card to Card xidməti), eləcə də kartı olmayan şəxsə öz kartından pulun köçürülməsi (Cash by Code) kimi xidmətlər üzrə əməliyyatlar həyata keçirə bilər.

VTB (Azərbaycan)-ın bütün bankomatlarının ünvanı ilə bankın saytında tanış olmaq mümkündür.

 

Вся лента