Mikayıl Cabbarov: Vergi daxilolmalarında qeyri-neft sektorunun payı 70,1 faizə çatıb

01.08.2019,12:25


1 avqust, Fineko/abc.az. Vergi daxilolmalarında qeyri-neft sektorunun payı 70,1 %-ə çatıb. Bu, 2018-ci ildəki 65,8 %-lə müqayisədə əhəmiyyətli artımdır. Ümumilikdə, qeyri-neft sektoru üzrə daxilolmanın artım tempi 14,3 % təşkil edib. Bu da iqtisadiyyatın müvafiq sektorunun artım tempini üstələyir və illik proqnozun 51,1 %ni artıq icra etmişik.

Bu barədə Vergilər naziri Mikayıl Cabbarov iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə deyib

“Qeyri-neft sektorunun özündə isə özəl sektorun payı çox yüksəkdir – 77% özəl sektor tərəfindən təmin edilib. Toplam 6 ay ərzində 101 min yeni əmək müqaviləsi qeydiyyata alınıbdır. Bu rəqəmin 77 mini özəl qeyri-neft sektorunda qeydə alınıbdır.”-deyə nazir bildirib.