Mikayıl Cabbarov: Bu il səyyar vergi yoxlamalarının sayı 2,7 dəfə azaldılıb

01.08.2019,12:36


1 avqust, Fineko/abc.az. Bu il 2018-ci illə müqayisədə səyyar vergi yoxlamalarının sayı 2,7 dəfə, 2017-ci illə müqayisədə isə 6 dəfə azaldılıb. Sevindirici hal ondan ibarətdir ki, biz həmişə özəl sektoru, ümumiyyətlə, iqtisadiyyatın, vergi siyasətinin və inzibatçılığın təsirində izləməyə çalışırıq.

Bu barədə Vergilər naziri Mikayıl Cabbarov iyulun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə deyib

“Özəl sektorun bank sistemində Azərbaycan manatı ilə olan hesablarında qalıq bir il ərzində 49 % artıb, ilin əvvəlindən isə 20 %. Bu da hesab edirik ki, həm biznesin nağdlaşmadan əməliyyatlara keçməsinin, həm də ölkə iqtisadiyyatına olan inamın göstəricisidir” - deyə nazir bildirib.