Yarım ildə Dövlət Neft Fondunun büdcə gəlirləri 10 milyard manatdan çox təşkil edib

12:03 - 2.08.2019


2 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 10 698,3 milyon manat, büdcə xərcləri isə 4 499,4 milyon manat təşkil etmişdir.

Bu barədə ARDNF-in 2019-cu ilin ilk 6 ayı üzrə təqdim etdiyi hesabatında bildirilir.

Hesabata əsasən 2019-cu ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 557,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 780,7 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, tranzit gəlirləri 8,9 milyon manat, akrhesabı ödənişlər 1,1 milyon manat təşkil etmişdir.

Qeyd edilir ki, hesabat dövrü ərzində ARDNF-nin vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2 141,2 milyon manata bərabər olmuşdur.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəlirləri 513,1 milyon manat təşkil etmişdir.

 

Вся лента