Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranziti üzrə işçi qrup yaradıldı

11:21 - 8.12.2017


8 dekabr, Fineko/abc.az. Qazaxıstanın enerji resurslarının Azərbaycan vasitəsi ilə tranziti məsələsinin öyrənilməsi üzrə işçi qrupun yaradılması haqqında qərar qəbul olunub.

Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasından sonra keçirilən brifinqdə bildirib ki,  bu məsələ üzrə işçi qrupun yaradılması qərara alınıb və bu yöndə intensiv işlər görmək planlaşdırılır.

“Qazaxıstan ilə Azərbaycan həmişə energetika sahəsində əməkdaşlıq ediblər və bundan sonra da bu məsələlərə baxmağa hazırdırlar. Bu  əməkdaşlığın başlıca bəndi, Qazaxıstan enerji resurslarının Azərbaycandan tranziti məsələsidir. Biz bu məsələ üzrə işçi qrup yaratmağı qərara aldıq və bu istiqamətdə intensiv şəkildə işləmək niyyətindəyik”, - deyə Pərviz Şahbazov  bildirib.

 

Вся лента