Qazaxıstan neft maşınqayırması sahəsində birgə müəssisə yaratmağı təklif etdi

08.12.2017,11:23


8 dekabr, Fineko/abc.az. Bakıda Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyasının iclası keçirildi.

Qazaxıstanın energetika naziri Kanat Bozumbayevin sözlərinə görə, Qazaxıstan Azərbaycana neft sənayesi sahəsində birgə fəaliyyət həyata keçirməyi təklif edir. 

“Bu gün biz, Azərbaycanın neft servis şirkətlərini və neft maşınqayırma zavodlarını birgə müəssisə yaratmağa dəvət etdik. Bu bizə, Qazaxıstanda tenderlər qazanmağa və biznesi inkişaf etdirməyə imkan verəcək. Həm Azərbaycan, həm də Qazaxıstanda investisiyaların qoyuluşu üçün daha bir imkan olacaq və qarşılıqlı ticarət dövriyyəsi artırılacaq”, - Qazaxıstanın energetika naziri belə deyib.

Onun sözlərinə görə, bu planların gerçəkləşdirilməsi irəlidəki üç il müddətində mümkündür.

Kanat Bozumbayev vurğuladı ki, Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi bu ölkələrin potensialına uyğun deyil. 2016-cı ilin sonunda bu göstərici  120 milyon dolları ötməmişdir,  lakin hər iki dövlətin başçıları bu göstəricini ən azı 2 dəfə artırmaq məqsədini qarşıya qoymuşdur.

K.Bozumbayev bildirib ki, bu hədəflər Azərbaycan və Qazaxıstan 2018-2020-ci illər üçün iqtisadi-ticarət əməkdaşlığının Yol xəritəsində əks etdirilib.

Sənəd, Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyasının 14-cü iclasının yekununda təsdiq edilib.

 

Ключевые слова: Qazaxıstan neft maşınqayırması