Neft bazarında düşmə davam edir, Azərbaycan nefti 2% ucuzlaşdı

10:48 - 5.08.2019


5 avqust, Fineko/abc.az. Azərbaycanın Azeri Light markalı nefti  $1,35 (2%) düşərək bir barelə  $64,74 təşkil edib.

Keçən həftənin  cümə günü qeyd edilən artımdan sonra bazar ertəsi günü keçirilən ticarət zamanı neftin qiymətləri yenidən düşdü.

 Avqustun 2-də  ICE Futures birjasında Brent neftinin oktyabr fyuçersi  $1,39 (2,3%) bahalaşaraq bir barelə $61,89 çatıb.

Bazar ertəsi günü saat  9:20-də  Brent neftinin oktyabr fyuçersi $0,72 (1,16%) enərək bir barelə  $61,17 təşkil edib.

Avqustun 2-də keçirilən ticarət nəticəsində NYMEX birjasında  WTI neftinin sentyabr fyuçersi $1,71 (3,17%) düşərək bir barelə $55,66 təşkil edib.

Bazar ertəsi günü saat 9:20-də WTI markalı neftin  sentyabr fyuçersi $0,63 (1,13%) enərək bir barelə $55,03 təşkil edib.

 

Вся лента