FİMSA kotirovka sorğusu keçirir

12:00 - 5.08.2019


5 avqust, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatası palatanın əməkdaşları üçün fərdi və qrup şəklində təlimlərin keçirilməsi xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu elan edir.

Təlim xidmətlərinin göstərilməsinin ümumi müddəti 6 ay olmaqla kotirovka sorğusuna aid şərtlər toplusunda göstərilən cədvələ uyğun Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları üçün yerinə yetirilməsi nəzərdə tutulmuşdur.

Elanda qeyd olunur ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyən şəxslər sənədləri 14 avqust 2019-cu il saat 17.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər.

Əlaqələndirici şəxs-Ələmqulu Quliyev, email: Alamgulu [email protected] ,

Telefon- (+99412) 493-50-58/346; Faks- +99412 498-12-14)

Ünvan: şəhəri, Bülbül prospekti 27

 

Вся лента