11 ay ərzində Azərbaycan 19 milyon tondan çox neft ixrac edib

08.12.2017,11:45


8 dekabr, Fineko/abc.az. 2017-ci ilin 11 ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) dünya bazarlarına 19,026 milyon ton neft ixrac edib.

ARDNŞ-nin məlumatında deyildiyi kimi, bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə, 186 min ton və yaxud 0,09% çoxdur.

Belə ki, Novorossiysk limanından yanvar-oktyabr ayları ərzində 1,407 mln. ton neft ixrac olunub, Supsa limanından ixrac isə 2,281 mln. ton təşkil edib. Ceyhan limanından 15,338 mln. ton gəlirli neft ixrac edilib.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Batumi və Bakı-Supsa xətləri ilə,  Azəri-Çıraq-Günəşli yataqlar blokunun işlənməsi çərçivəsində hasil olunmuş “Azeri Lt” markalı gəlirli Azərbaycan nefti ixrac olunmuşdur.

Gəlirli neft, layihənin səhmdarları arasında, Azəri-Çıraq-Günəşli yataqlar blokunun işlənməsi layihəsində onların pay iştirakından asılı olaraq bölünür.

2016-cı il ərzində ARDNŞ 20,384 mln ton ixrac etmişdir ki, bu da 2015-ci il ilə müqayisədə 1,612 mln. ton və yaxud 7,4% daha azdır.

2015-ci il ərzində 21,996 mln. ton neft ixrac etmişdir ki, bu da 2014-cü il ilə müqayisədə 2,377 mln. ton və yaxud 9,8% azdır.

2014-cü il ərzində 24,373 mln. ton ixrac edilib ki, bu da 2013-cü il ilə müqayisədə 148 min ton və yaxud 0,6% çoxdur.

2013-cü il ərzində 24,225 mln. ton neft ixrac edilib ki, bu da 2012-ci il ilə müqayisədə 718 mln. ton və yaxud 2,9% azdır.

2012-ci il ərzində 24,943 mln. ton neft ixrac edilib ki, bu da 2011-ci il ilə müqayisədə 667 mln. ton və yaxud 9,7% azdır.

2011-ci il ərzində 27,61 mln. ton neft ixrac edilib ki, bu da 2010-cu il ilə müqayisədə 4,741 mln. ton və yaxud 15% azdır.

2010-cu ilin sonunda ARDNŞ  32,351 mln. ton neft ixrac edib.