ARDNF Ümumdünya Qızıl Şurasının rəsmi hesabatında Azərbaycanın yer almamasına açıqlama verib

16:12 - 6.08.2019


6 avqust, Fineko/abc.az. Dövlət Neft Fondu Ümumdünya Qızıl Şurasının rəsmi qızıl ehtiyatlarının statistikası hesabatında Azərbaycanın yer almamasına açıqlama verib.

Açıqlamada qeyd edilir ki, Ümumdünya Qızıl Şurasının (World Gold Council) avqustun 1-də yenilədiyi dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının statistikası hesabatında Azərbaycanın bu reytinqdə yer almaması ilə bağlı bildirmək istərdik ki, qeyd edilən qurum ölkələrin qızıl rezervləri barədə məlumatı Beynəlxalq Valyuta Fondundan (BVF) əldə edir və bu statistika özündə əsasən Maliyyə Nazirliyi və Mərkəzi Banklar kimi monetar və fiskal qurumların balansında olan qızıl ehtiyatlarını özündə birləşdirir.

Bu səbəbdən Dövlət Neft Fondunun qızıl investisiyaları qurumun rüblük hesabatında öz əksini tapmamışdır.

 

Вся лента