2019-cu ilin iyul ayında SOFAZ iyun ayından 37% daha çox valyuta satdı

10:52 - 7.08.2019


7 avqust, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) yerli bazarda xarici valyutanın satışının şəffaflığını qoruyur.

SOFAZ-ın məlumatına görə, 2019-cu ilin iyul ayında hərraclarda 434,9 milyon dollar valyuta satıb ki, bu da iyun ayından 119 milyon dollar (37,67%) çoxdur.

2019-cu ilin iyun ayında SOFAZ valyuta hərraclarında $315,9 mln, may ayında $352,4 mln, apreldə $423,7 mln, martda $600,5 mln, fevralda $316,2 mln, yanvarda $634,9 mln satıb.

2019 - cu ilin yeddi ayı ərzində SOFAZ valyuta hərraclarında 3078,5 milyon dollar,2018-ci ildə - 6460,4 milyon dollar, 2017-ci il ərzində 3597,8 milyon dollar satıb.

 

Вся лента