Yaxın illərdə Azərbaycanda 500-dən çox peşə standartının yaradılması planlaşdırılır

13:52 - 8.12.2017


8 dekabr, Fineko/abc.az. İrəlidəki 3-4 il ərzində 300 mövcud peşə standartının yenilənməsi, 500-dən çox yeni peşə standartının hazırlanması  gözlənilir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyir ki, 2016-cı ilin əvvəlindən  61 adda peşə standartının layihəsi  hazırlanıb.

“Yaxın 3-4 il ərzində  300 mövcud peşə standartının yenilənməsi, 500-dən çox yeni peşə standartının hazırlanması  planlaşdırılır”, - deyə Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, “Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində iqtisadiyyatın müxtəlif sahələri üzrə 289 peşə və 63 kvalifikasiya standartı hazırlanaraq  işəgötürənlərin istifadəsinə verilib.

 

Вся лента