Dekabrın 9-na gözlənilən hava haqqında məlumat təqdim edilib

14:45 - 8.12.2017


8 dekabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda sabah gözlənilən hava haqqında məlumatı bildirib.

Beləliklə, Bakıda və Abşeronda dekabrın 9-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi  əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə saatlarında  havanın temperaturu  2-5, gündüz isə 8-10 dərəcə isti, Bakıda  gecə 2-4, gündüz 8-10 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək.

Gecə rayonlarda  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

 

Вся лента