Azərbaycan neftinin qiyməti qalxdı

14:55 - 8.12.2017


8 dekabr, Fineko/abc.az. Dünya bazarına satışa çıxarılan “Azeri LT CIF” Azərbaycan neftinin bir barelinin qiyməti  0,5 dollar və yaxud 0,78% artıb.

Hazırda “Azeri LT CIF” markalı xam neftin qiyməti 64,42 dollar / barelə təşkil edir.

“Azeri LT” markalı neftin minimal qiyməti  2001-ci ildə, 19,15 dollar səviyyəsində,  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında, 149,66 dollar səviyyəsində qeyd edilmişdir.

 

 

Вся лента