FİMSA kotirovka sorğusu elan edir

16:21 - 9.08.2019


9 avqust, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatası palatanın əməkdaşları üçün fərdi və qrup şəklində təlimlərin keçirilməsi xidmətinin satın alınması ilə bağlı kotirovka sorğusu elan edir.

Təlim xidmətlərinin göstərilməsinin ümumi müddəti 6 ay olmaqla kotirovka sorğusuna aid şərtlər toplusunda göstərilən cədvələ uyğun Palatanın əməkdaşları üçün yerinə yetirilməsi nəzərdə tutulmuşdur.

Elanda qeyd olunur ki , kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyən şəxslər imzalanıb möhürlənmiş kotirovka təkliflərini ikiqat zərfə qoymaqla  20 avqust 2019-cu il saat 17.00 qədər təqdim etməlidirlər.

Əlaqələndirici şəxs- Ələmqulu Quliyev; [email protected]

Telefon- (+99412) 493-50-58/346; Faks- (99412) 498-12-14

Ünvan: Bakı , Bülbül prospekti 27

 

Вся лента