Kəskin yüksəlişdən sonra neftin qiymətləri enməyə doğru hərəkət edir, Azeri Light 4,5% bahalaşdı

10:05 - 14.08.2019


14 avqust, Fineko/abc.az. Azərbaycanın “Azeri Light” markalı nefti $2,78 (4,53%) artıb və bir barelə 64,09 dollar təşkil edib.

Öncəki sessiyanın nəticələrindən sonra müçahidə olunan kəskin yüksəlişdən sonra neftin qiymətləri çərşənbə günü azalmaqdadır.

Avqustun 13-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in oktyabr fyuçersi $2,73 (4,66%) artaraq bir barelə $61,30 təşkil etmişdir. Çərşənbə günü “Brent”in  qiyməti saat 9:25-də  $0,65 (1,06%) azalaraq $60,65 /barelə təşkil edib.

NYMEX birjasında avqustun 13-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin sentyabr fyuçersi $2,17 (4%) artaraq bir barelə $57,10 təşkil etmişdir.  Onun qiyməti çərşənbə günü saat 9:25-də $0,78 (1,37%)  enərək $56,32 / barelə təşkil etmişdir.

 

Вся лента