“Aqrarkredit”in müştərilərə verilən kreditləri cüzi artıb

11:05 - 14.08.2019


14 avqust, Fineko/abc.az. 31 dekabr 2018-ci il tarixində “Aqrarkredit”  13 milyard 517 milyon manat cəmi aktivlərə malik olub.

Bu məlumat təşkilatın açıqladığı illik hesabatında qeyd olunub.

Hesabata əsasən, cəmi aktivlərin 12 milyard 779 milyon manatını Azərbaycan Beynəlxalq Bankından (ABB) alınmış aktivlər təşkil edib. 2017-ci ilin sonunda təşkilatın 14 milyard 224 milyon manatlıq cəmi aktivlərinin 13 milyard 558 milyon manatını Azərbaycan Beynəlxalq Bankından alınmış aktivlər təşkil etmişdi. Ötən il Beynəlxalq Bankdan alınmış aktivlər 779 milyon manat azalıb.

2017-ci illə müqayisədə 2018-ci ildə “Aqrarkredit” in müştərilərə verdiyi kreditlər 1% artaraq 80 milyon 658 min manata çatıb.

31 dekabr 2018-ci il tarixində “Aqrarkredit”  13 milyard 494 minlyon manat cəmi öhdəliklərinin 13 milyard 451 milyon manatını buraxılmış borc qiymətli kağızları təşkil edib. İlin sonunda “Aqrarkredit” 23 milyon 282 min manat cəmi kapitala malik olub.

 

Вся лента