AZPROMO şirkətləri alıcı missiyasında iştiraka dəvət edir

17:18 - 15.08.2019


15 avqust, Fineko/abc.az. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xəbər verir ki, 2019-cu il noyabrın 18-23-də Almaniya, Polşa və Xorvatiya bazarlarında fəaliyyət göstərən şirkətlər üçün Azərbaycana alıcı missiyası təşkil edir.

Bildirilir ki, missiya qida sənayesi, şərab və spirtli içki istehsalı sahələrini əhatələyir. Alıcı missiyasında iştirak etməkdə maraqlı olan şirkətlər oktyabrın 10-dək zəruri sənədlərini təqdim etməlidir.

Missiya qeyri-neft məhsullarının alışı məqsədilə təşkil olunur. Alıcı missiyasına 10 alıcı daxil ola bilər.

 

 

Вся лента