Bakının “Qara” valyuta bazarında rubl ucuzlaşmaqda davam edir

16:34 - 8.12.2017


8 dekabr, Fineko/abc.az. Bakının “Qara” valyuta bazarında Rusiya valyutası ucuzlaşmaqda davam edir.

Dekabrın 8-də “qara bazar”da dollar və avronun məzənnəsi dəyişməyib. Dolların alışı 1.6950 manat, satışı isə 1.7000 manat olaraq qalıb. Avronun alışı 2,00 manat, satışı isə  2,02 manat təşkil edir.

Rubl isə ucuzlaşmağa davam edir. Belə ki,  rublun alışı 0,283 manatdan  0,280 manata, satışı isə 0,0284 manatdan 0,0283 manata düşüb. Başqa sözlə, rubl manat qarşısında 0,3-1% eniş edib.

 

Вся лента