Neftin qiymətləri artır, Azeri Light 0,77% bahalaşıb

09:57 - 19.08.2019


19 avqust, Fineko/abc.az. Azərbaycanın “Azeri Light” markalı nefti $0,47 (0,77%) artıb və bir barelə 61,91 dollar təşkil edib.

Avqustun 16-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in oktyabr fyuçersi $0,41 (0,7%) artaraq bir barelə $58,64 təşkil etmişdir. Bazar ertəsi günü “Brent”in  qiyməti saat 9:20-də  $0,68 (1,16%) artaraq $59,32 /barelə təşkil edib.

NYMEX birjasında avqustun 16-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin sentyabr fyuçersi $0,40 (0,73%) artaraq $54,87 təşkil etmişdir.  Onun qiyməti bazar ertəsi günü saat 9:20-də $0,56 (1,03%) qalxaraq $55,43 / barelə təşkil etmişdir.

 

Вся лента