“Azərsu” ASC-nin sədri vətəndaşları qəbul edib

10:25 - 19.08.2019


19 avqust, Fineko/abc.az. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Qazax şəhərində  Qazax və Ağstafa  rayonlarından olan sakinləri qəbul edib.

Bu barədə “Azərsu” ASC məlumat verir.

Qəbulda  Qazax və Ağstafa rayonlarından olan 36 vətəndaşın müraciət və şikayətlərinə baxılıb.

Müraciətlər əsasən içməli su  təchizatı və kanalizasiya, içməli sudan əziyyət çəkən kəndlərin su təchizatının yaxşılaşdırılması, işə qəbul və digər məsələlərlə bağlı olub. Hər bir vətəndaşın müraciətini dinləyən “Azərsu” ASC-nin sədri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib.

 

Вся лента